AZE | RUS | ENG |

Bu il Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

Bu il Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullluq Xidmətinin peşə tədrisi mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində bu ilin ikinci yarısında Gəncə şəhərində publik hüquqi şəxs statuslu Təlim Tədris Mərkəzi istifadəyə veriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzdə azı 20 peşə/ixtisas üzrə təlim və treninqlər təşkil olunacaq. Tədris olunacaq peşə/ixtisaslar əmək bazarının tələbləri əsasında təyin ediləcək. Belə ki, hansı sahələr üzrə işçi qüvvəsi çatışmazlığı müşahidə olunursa, həmin sahələr üzrə yeni əmək resurslarının hazırlanması məqsədilə kursların təşkilinə üstünlük veriləcək. Məqsəd işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun ixtisas və peşələrə yiyələnmələrinə, nəticə etibarilə onların əmək bazarına çıxışına dəstək göstərməkdən ibrətdir.
Xatırladaq ki, "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da öz əksini tapıb və hazırda Göyçay rayonunda, Bakı və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946