AZE | RUS | ENG |

Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib

Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib
Yarım ildə Azərbaycanda 52,5 min ton propilen (ondan əmtəəlik 52,4 min ton), 59,2 min ton polietilen, 71,5 min ton etilen, 188,7 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 faiz artıb. İyulun 1-nə 3,3 min ton propilen, 3,5 min ton polietilen və 31,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 57 faiz, etilen istehsalı 18,7 faiz, polietilen istehsalı isə 1,2 faiz artıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946